DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

22.04.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nərimanov RPİ əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qalib Bayramovdan 0,233 qram heroin, Sabunçu RPİ 12-ci PB əməkdaşları Bakı şəhər sakini Məmməd Yusifəliyevdən 0,77 qram tiryək, Nizami RPİ əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Abasağa Ləzətullayevdən 1,67 qram həşiş, Nəsimi RPİ 20-ci PB əməkdaşları Bakı şəhər sakini Rəşad Heydərovdan 0,228 qram heroin, Gəncə ŞPİ əməkdaşları Şəmkir rayon sakini Ramin Namazovdan 0,184 qram heroin, Lənkəran ŞRPŞ əməkdaşları şəhər sakini Əlövsət Məmmədovdan 20,083 qram tiryək, onun evinə baxış zamanı isə əlavə 39,841 qram tiryək, Biləsuvar RPŞ əməkdaşları isə rayon sakini Rəşad Ağayevdən 0,273 qram heroin götürmüşlər.