Oğurluq etmiş Bakı şəhər sakinləri Cavid Rzayev, Emil Səfərəliyev və Yəhya Məmmədli tutulmuşlar
23.06.2014İyunun 21-də Gəncə şəhəri Avtozavod qəsəbə sakini Saib Qarayev Kəpəz RPİ-yə ərizə ilə müraciət edərək iyunun 20-də evinə qonaq gəlmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Rzayev tərəfindən 7000 manatının oğurlanmasını bildirmişdir.
Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş C.Rzayev, Bakı şəhər sakinləri Emil Səfərəliyev və Yəhya Məmmədli tutulmuşlar.