DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakinləri Loğman Cəfərov, Qızxanım Mustafayeva, Qeys Nəbiyev və Eldar Yılmaz dələduzluq etmişlər

22.04.2007

2006-cı ilin oktyabr və 2007-ci ilin fevral ayları ərzində, Bakı şəhər sakini Qızxanım Mustafayeva dələduzluq yolu ilə Bakə şəhər sakinləri Şəfa Bağırova, Mübariz Rəhimov, Cəmilə Əkbərova və Çimnaz Əliyevanın etibarlarını qazanaraq müvafiq olaraq 4000, 25000, 23000 və 5500 dollar pullarını onlardan almışdır. Binəqədi RPİ tərəfindən araşdırmalar aparılır.Cari ilin mart ayında Bakı şəhər sakini Loğman Cəfərov dələduzluq yolu ilə Cəbrayıl rayon sakini Müstəcəb Alışovun etimadını qazanaraq 6300 dollar pulunu ondan almışdır. Binəqədi RPİ əməkdaşları tərəfindən L.Cəfərovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun 2006-cı ilin noyabr və dekabr ayları ərzində Bakı şəhər sakinləri Adil Səmədzadənin, Mirsəməd Seyidovun etimadlarını qazanaraq onlardan da 5500 və 1000 dollar pullarını alması müəyyən edilmişdir. 2006-cı ilin sentyabr ayında Bakı şəhər sakini Qeys Nəbiyev dələduzluq yolu ilə Balakən rayon sakini Musa Həsənovun etimadını qazanaraq 26.800 dollar pulunu ondan almışdır (onu işə düzəldəcəyi adı ilə). Faktla əlaqədar cinayət işi başlanmışdır. Dələduzluq etdiyinə görə Yasamal RPİ 27-ci PB əməkdaşları tərəfindən tutulmuş Eldar Yılmazın ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari ilin fevral-mart ayları ərzində Füzuli rayon sakini Namiq Əliyevin, Sumqayıt şəhər sakini Aydın Əliyevin, Sahil qəsəbə sakini Anar İmanovun və Bakı şəhər sakini Azər Əliyevin etimadlarını qazanaraq hər birindən 515 ABŞ dolları pullarını alması müəyyən edirlmişdir.