İki nəfərə bıçaqla xəsarət yetirmiş,bir nəfəri isə döymüş şəxsin Nardaran qəsəbə sakini İ.Xudaverdiyev olması müəyyən edilmişdir
08.06.2014İyunun 9-da Sabunçu rayonu Maştağa qəsəbəsinin ərazisində naməlum şəxs münaqişə zəminində Nardaran qəsəbəsində yaşayan Yevlax şəhər sakinləri Elgün Cəfərzadəyə bud, Elxan Cəfərova qarın nahiyəsindən bıçaqla xəsarət yetirmiş, onun oğlu Alxanı isə döymüşdür.
Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş İsfəndiyar Xudaverdiyev tərəfindən törədilməsi müəyyən edilmişdir.
Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.