Astara şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi
06.06.2014İyunun 7-də saat 19 radələrində Astara şəhərinin ərazisində şəhər sakini Elşən Fətullayevin idarə etdiyi “VAZ-2107” və Bakı şəhər sakini Ələkbər Abbasovun idarə etdiyi “Kia” markalı avtomobillər toqquşmuşdur. E.Fətullayev və sərnişinləri, Astara şəhər sakinləri Furqon Ərçəyev və Xalid Qurbanov xəstəxanaya yerləşdirilmişlər.
Astara RPŞ tərəfindən araşdırma aparılır.