Bakı şəhər sakini Səyyat Hüseynov tutulmuşdur
04.06.2014İyunun 5-də Sabunçu rayonu Balaxanı qəsəbə sakini Kifayət Kərimova 12-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək həmin gün evinə gəlmiş qohumu, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Səyyat Hüseynovun bıçaqla onu hədələyib 150 manat tələb etməsini, pulu olmadığını dediyindən evdəki az miqdarda olan pulu götürüb getməsini bildirmişdir.
Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hüseynov tutulmuşdur.