Ağcabədi şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi
04.06.2014İyunun 5-də saat 15 radələrində Ağcabədi şəhərinin ərazisində şəhər sakini Natiq İbrahimov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerlisi Elbrus Əhmədovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.