Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhərinin ərazisində qanunsuz “on-line” kazino-qumar oyunları işlətmələri müəyyən edilmişdir

02.06.2014

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Sumqayıt şəhərinin ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Cavad Ağayev və Xaçmaz rayon sakini Teyfur Əlosmanovun qeyri-yaşayıs sahəsində qanunsuz “on-line” kazino-qumar oyunları işlətmələri müəyyən edilmişdir.

Oraya baxış zamanı “on-line” qumar oyun proqramı yazılmış 19 ədəd kompyuter dəsti, 1 ədəd server-prosessor, 1 ədəd yaddaş kartı, uduşa qoyulmuş 19 manat və üzərində 12 rəqəmli kodlar yazılmış kupon aşkar edilərək götürülmüşdür.

Faktla əlaqədar cinayət işi başlanmışdır.