Səbail rayonu Salyan şossesində “MAZ” markalı yükqaldırıcı kran piyada keçidinə çırpılmışdır
01.06.2014İyunun 2-də saat 19 radələrində Səbail rayonu Salyan şossesində Şabran rayon sakini Tofiq Balabəyov idarə etdiyi “MAZ” markalı yükqaldırıcı kranı piyada keçidinə vurmuşdur. Nəticədə keçid aşaraq hərəkətdə olan Bakı şəhər sakini İlkin Hüseynovun idarə etdiyi “Mercedes” markalı yük avtomobilinin üzərinə düşmüşdür. İ.Hüseynov xəstəxanaya yerləşdirilmişdir.
Səbail RPİ tərəfindən araşdırma aparılır.