Bakı şəhər sakini Azad Məmmədovun münaqişə zəminində Xəqani Çələbiyevi yumruqla vurmasından ölməsi müəyyən edilmişdir
22.05.2014Mayın 20-də Xəzər rayonu Şağan qəsəbə sakini Xəqani Çələbiyevin sərxoş halda həyətində yıxılması və aldığı xəsarətdən xəstəxanada ölməsi barədə verilmiş məlumatla əlaqədar Xəzər RPİ 1-ci PB əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı Bakı şəhər sakini Azad Məmmədovun münaqişə zəminində X.Çələbiyevi yumruqla vurmasından ölməsi müəyyən edilmişdir.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə A.Məmmədov tutulmuş və ondan 0,78 qram həşiş götürülmüşdür.