Sumqayıt şəhər sakini N.Əkbərov hərəkətə gəlmiş avtomobillə darvazaya sıxılması nəticəsində ölmüşdür
15.05.2014Mayın 16-da Sumqayıt şəhər sakini Natiq Əkbərov idarə etdiyi “YAC” markalı avtomobili təmir etmək məqsədi ilə şəhərin Metallurq küçəsində yerləşən qaynaq sexinə salmaq üçün avtomobildən düşüb sexin darvazasını açmaq istəyərkən avtomobil hərəkətə gələrək onu darvazaya sıxmış və bu şəxs hadisə yerində ölmüşdür.