Narkotik vasitə ilə tutulmuş Məmməd Nəcəfovun və Zaur Məmmədovun digər cinayət əməlləri müəyyən edilmişdir
12.05.2014Narkotik vasitə ilə tutulmuş Məmməd Nəcəfovun ətrafında Nizami (Gəncə) RPİ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Vüsal Göyüşova məxsus köşkdən 150 manat, danışıq kartları və tütün məmulatı oğurlaması, habelə Gəncə şəhər sakinləri Kənan Quliyevlə, Teymur Nağıyevlə və Vadim Həmzəyevlə birgə quldurluq yolu ilə Tərətər rayon sakini Rüxsarə Həsənovanın evindən 600 manat və qızıl əşyalar aparması da müəyyən edilmişdir.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində K.Quliyev, T.Nağıyev və V.Həmzəyev tutulmuşlar.
Narkotik vasitə ilə tutulmuş Zaur Məmmədovun ətrafında Binəqədi RPİ 4-cü və 6-cı PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakinləri Ülviyyə Məmmədovanın evindən 75 manat və sənədlər, Kəklik Paşayevanın çantasından 338 manat və mobil telefon, Ellada Əliyevanın çantasından içərisində 14 manat, açar və mobil telefon olan pul kisəsini oğurlaması da müəyyən edilmişdir.