Quldurluq etmiş Samir Məhərrəmov tutulmuşdur
07.05.2014Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 6-da Elduzə Xəlilovanın 65 manatını və qızıl əşyalarını quldurluq yolu ilə alıb hadisə yerindən qaçmış Samir Məhərrəmov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun cari ilin aprel ayının 30-da Lənkəran şəhər sakini Aygün Ələkbərovanın evindən 120 manat, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.