Göygöl rayonu Üçtəpə kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
05.05.2014Mayın 6-da saat 17 radələrində Göygöl rayonu Üçtəpə kəndinin ərazisində Gəncə şəhər sakinləri Altun Hüseynovun idarə etdiyi “Ford” və İlyas Qurbanovun idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşmuşdur. İlyas Qurbanov və sərnişinləri, Gəncə şəhər sakinləri Rahilə Qurbanova və Seymur Qurbanov xəstəxanaya yerləşdirilmiş, İ.Qurbanov orada ölmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.