DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

11.04.2007

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakinləri Fərman Mirzəyev və əvvəllər məhkum olunmuş Fəzail Əliyev 0,514 qram heroini və 1,43 qram həşişi satarkən tutulmuşlar. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Yasamal RPİ 27-ci PB əməkdaşları Bakı şəhər sakini Samir Əliyevdən 0,237 qram heroin, Suraxanı RPİ əməkdaşları narkotik vasitə satdığına görə tutulmuş Heydər Təhməzovdan 0,213 qram heroin, Kəpəz RPŞ əməkdaşları Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Əliyevdən 22,2 qram marixuana, Yevlax RPŞ əməkdaşları isə rayon sakini Şahlar Bəylərovdan 0,529 qram heroin götürmüşlər.