Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisəsi
03.05.2014Mayın 3-də saat 13 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakini Samir Qafarov idarə etdiyi “Zil” markalı avtomobillə yolu keçən həmyerlisi Ələsgər Piriyevi vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada mayın 4-də orada ölmüşdür.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.