Ağdam rayon sakini Sadiq Soltanovun yanmış meyiti tapılmışdır
25.04.2014Aprelin 26-da saat 09 radələrində Suraxanı rayonu Bülbülə qəsəbəsinin ərazisində Bakı şəhər sakini Natiq Mehdiyevə məxsus evdə yanğın baş vermişdir. Nəticədə 70 kvm. sahədə yanar konstrukiyalar və əşyalar yanmış, orada müvəqqəti yaşayan “Mizan Tərəzi” qəzetinin baş redaktoru, Ağdam rayon sakini Sadiq Soltanovun yanmış meyiti tapılmışdır.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.