DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

07.04.2007

Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şəmkir rayon sakini Elçin İbrahimov 1 kiloqram 118, 3 qram marixuananı 500 dollara satarkən tutulmuşdur. Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Seyran Əliməmmədovdan 0,196 qram heroin və 51,78 qram tiryək, Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Ağaibrahim Məmmədovdan 0,73 qram tiryək götürülmüş, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bürcəli kənd sakini Siyasət Muradova məxsus həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilmiş çəkisi 12 kiloqram olan 257 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür. 2-ci Nügədi kənd sakini Hümmət Məmmədov 11,86 qram marixuananı könüllü olaraq polisə təhvil vermişdir. Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində H.Məmmədova narkotik vasitəni satmış həmkəndlisi Yaşar Fətəliyev tutulmuş, ondan 18,79 qram marixuana götürülmüşdür.