Oğurluq etdiynə görə tutulmuş Bakı şəhər sakini Ceyhun Namazovun digər cinayət əməli də müəyyən olunmuşdur
15.04.2014Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zülfiyyə İsmayılovanın evindən qızıl əşyalarını oğurlamış Bakı şəhər sakini Ceyhun Namazov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini Elnur Nəcəfova məxsus “Hyundai” markalı avtomobildən 5000 manat oğurlaması da müəyyən edilmişdir.