Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Cəlilabad rayon sakini Eyvaz Ağayevə məxsus "Kamaz" markalı avtomaşından 1 kq 200 qr heroin götürülmüşdür

05.04.2007

MTN və Qaradağ RPİ əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində Şıxlar qəsəbəsində dəniz kənarı sahədə qanunsuz qumdaşıma faktı ilə əlaqədar Qaradağ RPİ-yə gətirilmiş Cəlilabad rayon sakini Eyvaz Ağayevə məxsus "Kamaz" markalı avtomaşının kabinasında 1 kiloqram 220 qram heroin aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni E.Ağayevdən almağa cəhd göstərmiş Yardımlı rayon sakinləri Azad İsrafilov, Rizvan Xubalıyev və Dəvəçi rayon sakini Etibar Məmmədov tutulmuşlar.