DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

05.04.2007

Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Emin Nurəliyev tutulmuş və ondan 6,38 qram marixuana götürülmüş, Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayon sakini Xəqani Səfərovdan 13,39 qram marixuana, 3,990 qram heroin və 3,583 qram tiryək, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Rövşən Ağayevdən 0,283 qram heroin, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Faiq Fərəcovdan 0,214 qram heroin, Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Əli Bayramlı şəhər sakini, əvəllər məhkum olunmuş Sabir Tumasovdan 0,456 qram heroin, Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədovdan 0,216 qram heroin, Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Knyaz Bəkirov və Azər Abdullayevdən 0,13 qram və 0,21 qram heroin götürülmüşdür.