Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan silah götürülmüşdür

04.04.2007

DİN Baş Cinayət-Axtarış İdarəsi və Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəicəsində Azərbaycan Respublikası CM-nin 181-ci maddəsi ilə axtarışda olan Həmidulla Əliyev tutulmuşdur. Onun Bakı şəhərində yaşadığı evə baxış zamanı ona məxsus 1 ədəd «PSM» tapançası, 8 ədəd patron və 1 ədəd patron darağı götürülmüşdür. DİN Baş Cinayət-Axtarış İdarəsi və Sumqayıt ŞPİ əməkdaşlarının birgə keçirdikləri digər bir əməliyyat tədbiri nəicəsində Sumqayıt şəhər sakini İkram Əhmədovun mənzilinə baxış zamanı 1 ədəd «PSM» tapançası, 1 ədəd səsboğucusu, 6 ədəd patron, 1 ədəd patron darağı, 3 ədəd maska, 4 cüt əlcək və 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür.