DİO əməkdaşları tərəfindən vətəndaşlardan silah götürülmüşdür
04.04.2007DİN Baş Cinayət-Axtarış İdarəsi və Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəicəsində Azərbaycan Respublikası CM-nin 181-ci maddəsi ilə axtarışda olan Həmidulla Əliyev tutulmuşdur. Onun Bakı şəhərində yaşadığı evə baxış zamanı ona məxsus 1 ədəd «PSM» tapançası, 8 ədəd patron və 1 ədəd patron darağı götürülmüşdür. DİN Baş Cinayət-Axtarış İdarəsi və Sumqayıt ŞPİ əməkdaşlarının birgə keçirdikləri digər bir əməliyyat tədbiri nəicəsində Sumqayıt şəhər sakini İkram Əhmədovun mənzilinə baxış zamanı 1 ədəd «PSM» tapançası, 1 ədəd səsboğucusu, 6 ədəd patron, 1 ədəd patron darağı, 3 ədəd maska, 4 cüt əlcək və 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür.