Oğurluğa cəhd göstərmiş Abşeron rayon sakini Sakit Ağayev və İmişli rayon sakini Əsgər Mirzəyev tutulmuşlar
01.04.2014Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 1-də Binəqədi qəsəbəsinin ərazisində Bakı şəhər sakini Azər Dadaşova məxsus mağazadan avtomobil təkərləri oğurlamağa cəhd göstərmiş əvvəllər məhkum olunmuşlar - Abşeron rayon sakini Sakit Ağayev və İmişli rayon sakini Əsgər Mirzəyev tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların fevral ayı ərziində Ömər Kərimlinin və Elmar Məmmədhəsənovun evlərindən məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.