Oğurluq etmiş Gəncə şəhər sakini Pərviz Niyazov tutulmuşdur
29.03.2014Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 29-da D.Əliyeva küçəsində Bakı şəhər sakini Seymur Quliyevə məxsus mağazadan qapının qıfılını sındırmaq yolu ilə 5 manat pul və 2 ədəd mobil telefon oğurlamış Gəncə şəhər sakini Pərviz Niyazov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, Suzanna Abdullayevaya məxsus gözəllik salonundan 100 manat, Rübayıl Rüstəmova məxsus mağazadan 800 manat oğurlaması və Gülyaz Həsənovaya məxsus aptekdən oğurluğa cəhd göstərməsi, habelə martın Bakı şəhər sakini Elşad Salahova məxsus mağazadan qapını sındırmaq yolu ilə 70 manat pul oğurlaması müəyyən edilmişdir.