Oğurluq etmiş Bakı şəhər sakini Ramidə Məsimova tutulmuşdur
16.03.2014Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Nemətulla küçəsində yerləşən mağazada, orada satıcı işləyən Bakı şəhər sakini Aynurə Mehdiyevaya məxsus içərisində 91 manat və şəxsi sənədləri olan pul kisəsini oğurlamış paytaxt sakini Ramidə Məsimova tutulmuşdur.