Gəncə şəhər sakini Vahid Əliyev tutulmuşdur
15.03.2014Martın 15-də saat 04 radələrində Gəncə şəhərinin ərazisində şəxsiyyəti məlum olmayan 3 nəfər şəhər sakini Həsrət Mahmudovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə sərnişin qismində oturub Sevinc qəsəbəsinə gedəcəklərini bildirmişdir. Sevinc qəsəbəsinin ərazisində onlar H.Mahmudova hədə-qorxu gələrək düşürüb avtomobildə getmişlər.
Avtomobil həmin gün Gəncə şəhərinin ərazisində tapılmışdır.
Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən biri - Gəncə şəhər sakini Vahid Əliyev tutulmuşdur.