Kürdəmir rayonu Qaramahmudlu kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
15.03.2014Martın 15-də saat 15 radələrində Kürdəmir rayonu Qaramahmudlu kəndinin ərazisində Zərdab rayon sakini Füzuli Cəfərov idarə etdiyi “VAZ-21063” markalı avtomobili aşırmışdır. A.Cəfərovun sərnişinlərindən - Zərdab rayon sakini Ramin Osmanov hadisə yerində ölmüş, özü və digər sərnişini Yaşar İbrahimov xəstəxanaya yerləşdirilmişlər.