“Neft Daşlarında” yerləşən Neft-Qaz Tikinti Trestinin estakadasının uçması nəticəsində bir nəfər boğularaq ölmüşdür
15.03.2014Martın 15-də saat 15 radələrində “Neft Daşlarında” yerləşən Neft-Qaz Tikinti Trestinin estakadasında nasaz konstruksiyaların sökülməsi ilə məşğul olan Mənsim İmanov, Mais Süleymanov, Səfədur Zəkəryayev və Musa Hacıyev estakadanın uçmasından dənizə düşmüşlər. M.Hacıyev boğulmuş, digərləri xilas edilmişlər.