Oğurluq etmiş Bakı şəhər sakinləri Ceyhun Şahbazov, Əbülfəz Məmmədov, Yardımlı rayon sakini Hidayət Fərəcov və Quba rayon sakini Ələkbər Burəngi tutulmuşlar
14.03.2014Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də “Fad tikinti” MMC tərəfindən inşa edilmiş binadan 3500 metr elektrik kabeli oğurlamış Bakı şəhər sakinləri Ceyhun Şahbazov, Əbülfəz Məmmədov, Yardımlı rayon sakini Hidayət Fərəcov və Quba rayon sakini Ələkbər Burəngi tutulmuşlar.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Rahib Əsədovun evindən elektrik və məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.