DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
28.03.2007DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində Masallı şəhər sakini Ədalət Nəzərovdan 0,095 qram heroin götürülmüşdür. Müəyyən edilmişdir ki, narkotik vasitəni ona həmyerlisi Cəbrayıl Nurullazadə satmışdır. C.Nurullazadə tutulmuş, onun evinə baxış zamanı 20 qram heroin aşkar edilərək götürülmüşdür.Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Zamiq İsgəndərovdan 0,228 qram heroin, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Elşən Rzayevdən 0,83 qram və Ceyhun Əliyevdən 0,76 qram tiryək, Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vidadi Osmanovdan 129,65 qram marixuana, Dəvəçi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Süleyman Əliyevdən 0,815 qram tiryək götürülmüşdür.