Kürdəxanı qəsəbə sakini Kamal Ağarzayevə bıçaqla xəsarət yetirmiş Qəzənfər Nəzərov tutulmuşdur
02.03.2014Martın 2-də Sabunçu rayonu Zabrat qəsəbəsinin ərazisində Kürdəxanı qəsəbə sakini Qəzənfər Nəzərov münaqişə zəminində həmyerlisi Kamal Ağarzayevə bıçaqla xəsarət yetirmişdir.
Sabunçu RPİ və Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Nəzərov tutulmuşdur.