Nərimanov rayonu ərazisində "Daewoo" markalı avtobusla Bakı şəhər sakini T.Səmədov vurulmuşdur
25.02.2014Fevralın 25-də saat 10 radələrində Nərimanov rayonu F.X.Xoyski küçəsində Özbəkistan vətəndaşı Bədəl Bədəlov 17 saylı xətt üzrə idarə etdiyi "Daewoo" markalı avtobusla yolu keçən Bakı şəhər sakini Tamerlan Səmədovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.