Üç nəfər zəhərlənmə ilə və bir nəfər yanıq xəsarəti ilə xəstəxanalara gətirilmişlər
25.02.2014Fevralın 24-də Sabunçu Dəmir Yolu Stansiyasının ərazisindəki evlərdən birində yaşayan Fatimə Həsənova, Xəzər rayonu Şağan qəsəbə sakini Sevinc Vəliyeva, Abşeron rayonu Saray qəsəbə sakini Lalə Tağıyeva dərmandan zəhərlənmə ilə, Abşeron rayonu Pirəkəşkül kənd sakini Əli Məmmədov termiki yanıq xəsarəti ilə xəstəxanalara gətirilmişlər.