Oğurluq etdiyinə görə tutulmuş Kürdəmir rayon sakini Şirvan Musayevdən 10,11 qram marixuana aşkar edilərək götürülmüşdür
15.02.20142013-cü il noyabr ayının 10-da Xətai rayonu Əhmədli qəsəbəsinin ərazisində Bərdə rayon sakini Sahib Süleymanovun evindən mobil telefon oğurlanmışdır.
Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Şirvan Musayev tutulmuşdur. Ondan 10,11 qram marixuana da aşkar edilərək götürülmüşdür.