Oğurluq etmiş Gəncə şəhər sakini Nicat İsmayılov tutulmuşdur
15.02.2014Fevralın 15-nə keçən gecə Gəncə şəhərinin ərazisində şəhər sakini Mikayıl Bağırova məxsus ticarət köşkündən 150 manat pul oğurlanmışdır.
Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş şəhər sakini Nicat İsmayılov tutulmuşdur.