Ağstafa şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi
08.02.2014Fevralın 8-də saat 18 radələrində Ağstafa şəhərinin ərazisində Dağkəsəmən kənd sakini Kamil Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarında dayanmış Qaçaq Kərəm kənd sakini Fərman İsmayılova məxsus “Mercedes” markalı avtomobilin qoşqusuna vurmuşdur. K.Əliyev və sərnişini - arvadı Mənzərə hadisə yerində ölmüşlər.