Sabunçu rayonu Maştağa qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
07.02.2014Fevralın 7-də saat 18 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsinin ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Yusif Süleymanov vurulmuşdur. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.