Oğurluq etdiyinə görə tutulmuş Bakı şəhər sakini Məhəmməd Əzimovun digər cinayət əməli də müəyyən edilmişdir
07.02.2014Fevralın 7-nə keçən gecə Xırdalan şəhərinin ərazisində şəhər sakini Emil Rəhimova məxsus mağazadan pəncərədən girmək yolu ilə 8 ədəd mobil telefon və 1 ədəd noutbuk oğurlanmışdır.
Abşeron RPŞ və Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakini Məhəmməd Əzimov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, fevralın 7-nə keçən gecə Xırdalan şəhərinin ərazisində şəhər sakinləri Nofəl Qafarova məxsus mağazadan 745 manat pul və tütün məmulatı, Rəna Mirzəyevaya və Ruhiyyə Məmmədovaya məxsus gözəllik salonlarından ətriyyat və bərbər alətləri oğurlaması, habelə Nəsimi Quliyevə məxsus gözəllik salonundan və Bakı şəhər sakini Qalib Sariyevə məxsus aptekdən oğurluğa cəhd göstərməsi də müəyyən edilmişdir.