Oğurluq etmiş Bakı şəhər sakini Elnur Sarıyev tutulmuşdur
03.02.2014Fevralın 3-nə keçən gecə Xəzər rayonu Binə qəsəbəsinin ərazisində Bakı şəhər sakini İlqar Zahidova məxsus mağazadan qapını sındırmaq yolu ilə 60 manat pul və danışıq kartları oğurlanmışdır.
Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakini Elnur Sarıyev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, Binə qəsəbəsinin ərazisində Bakı şəhər sakini Afət Namazovaya məxsus mağazadan qapını sındırmaq yolu ilə 250 manat pul və 1 ədəd kompyuter monitoru oğurlaması da müəyyən edilmişdir.