Ağdaş rayonu ərazisində "Opel" markalı avtomobil aşmışdır
31.01.2014Yanvarın 31-də saat 11 radələrində Ağdaş rayonu Şıxlı kəndinin ərazisində rayon sakini Aslan Qasımov idarə etdiyi “Opel” markalı avtomobili aşırmışdır. A.Qasımovun sərnişini - həmyerlisi Şərqiyyə Süleymanova hadisə yerində ölmüşdür.