Yanvarın 29-da E.İsmayılova məxsus mağazadan oğurluq etmiş Bakı şəhər sakini E.Tağıyev tutulmuşdur
30.01.2014Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 29-da Etibar İsmayılova məxsus mağazadan 150 manat pul oğurlamış Bakı şəhər sakini Elməddin Tağıyev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün Rahib Yusifova məxsus mağazadan 107 manat pul oğurlaması da müəyyən edilmişdir.