İki mağazadan oğurluq etmiş Masazır qəsəbə sakinləri M.Rəhimov və İ.Heydərov tutulmuşlar
20.01.2014Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 19-da Famil İsmayılova və Maya Paşayevaya məxsus mağazalardan pul, tütün məmulatı və danışıq kartı oğurlamış Masazır qəsəbə sakinləri Mülkədar Rəhimov və İbiş Heydərov tutulmuşlar.
M.Rəhimovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 19-da Cavid Dəmirova məxsus “VAZ-2106” markalı avtomobildən mobil telefon oğurlaması da müəyyən edilmişdir.