Sabirabad rayonu ərazisində yol-nəqliyyat hadisəsi
10.01.2014Yanvarın 10-da saat 23 radələrində Sabirabad rayonu ərazisində Qaratəpə kənd sakini Fərid Həsənovun idarə etdiyi “VAZ-21011” mahralı və Bakı şəhər sakini Sabir Adıgözəlovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. F.Həsənov və sərnişinlərindən - Nərimankənd kənd sakini Elməddin Əhmədov hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinləri - Nərimankənd kənd sakinləri Orxan Cəbrayılov, Mircəfər Hüseynov və Fərid Əhmədov xəstəxanaya yerləşdirilmiş, O.Cəbrayılov və M.Hüseynov orada ölmüşlər.