Balakən şəhər sakini R.Dibirovanın evində təbii qazın sızmasından partlayış baş vermişdir
10.01.2014Yanvarın 10-da saat 23 radələrində Balakən şəhər sakini Rəfiqə Dibirovanın evində təbii qazın sızmasından partlayış baş vermişdir. Nəticədə evin pəncərə və qapı çərçivələri dağılmış, xəsarət almış R.Dibirova və qonağı, Bakı şəhər sakini Məhəmməd Əliyev xəstəxanaya yerləşdirilmişlər.