Özünü polis əməkdaşı kimi təqdim etmiş Zaqatala şəhər sakini Rövşən Məmmədov saxlanılmışdır
08.01.2014Yanvarın 7-də Zaqatala şəhəri F.Əmirov küçəsində şəhər sakini Rövşən Məmmədov özünü polis əməkdaşı kimi təqdim edib həmyerlisi Ülvi Mustafayevdən 50 manat pul istəmiş, sonuncu pulunun olmadığını bildirdikdə mobil telefonunu ondan almışdır.
Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov saxlanılmışdır.