Avtomobillərdən pul və məişət əşyaları oğurlamış Bakı şəhər sakini Elnur Bağırov tutulmuşdur
07.01.2014Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayından bu il yanvarın 5-nə qədər olan müddətdə Afiq Hacıyevə məxsus “İnfiniti”, Nahid Məmmədova məxsus “Mercedes”, Toğrul Sadıqova məxsus “Toyota”, Elnur Əlizadəyə məxsus “Mitsubishi”, İlham Hacıyevə məxsus “Toyota” və Kamran Rzayevə məxsus “Hyundai” markalı avtomobillərdən pul və məişət əşyaları oğurlamış Bakı şəhər sakini Elnur Bağırov tutulmuşdur.