Oğurluq etmiş Sumqayıt şəhər sakinləri Əmrah Cəfərov və Camal Mikayılov tutulmuşlar
06.01.2014Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də Pərviz Hümbətova məxsus “VAZ-2107” markalı avtomobildən 350 manat pul, maqnitofon və akkumulyator oğurlamış şəhər sakinləri Əmrah Cəfərov və əvvəllər məhkum olunmuş Camal Mikayılov tutulmuşlar.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Aydın Bayramova məxsus “VAZ-2107” markalı avtomobildən 50 manat pul və maqnitofon oğurlamaları da müəyyən edilmişdir.