Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

07.03.2007

Həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində DİN Baş Cinayət Axtarış İdarəsi və Nizami (Gəncə) RPŞ əməkdaşları əvvəllər məhkum olunmuş Rüfət Aslanovdan 0,207 qram heroin, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Vüqar Səmədovdan 0,174 qram heroin, Bakı şəhər BPİ Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları əvvəllər məhkum olunmuş Füzuli Quliyevdən 1,41 qram, Əlibəy Məmmədovdan 0,77 qram, Həmid Zeynalovdan 42,03 qram tiryək, Binəqədi RPİ əməkdaşları Biləcəri qəsəbə sakini Ramil Hüseynovdan 0,217 qram heroin, Yasamal RPİ əməkdaşları əvvəllər məhkum olunmuş Rizvan Ələkbərovdan 0,429 qram, Natiq Höüseynovdan 0,431 qram, Ceyhun Süleymanovdan 0,226 qram heroin, Cəlilabad RPŞ əməkdaşları Rəhim Rəhimovdan 0,9 qram heroin və 1 ədəd şpris götürmüşlər. R.Rəhimova narkotik vasitəni satmış Vaqif Cəfərov da tutulmuşdur. Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yardımlı rayon sakinləri Rahib Şirbayov və onun qayını Hikmət Hüseynov 260,74 qram heroini satarkən tutulmuşlar. H.Hüseynovdan əlavə 2,238 qram heroin götürülmüşdür. Salyan rayon sakini Hidayət Əliyev də 0,359 qram heroini satarkən Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən tutulmuş və ondan əlavə olaraq 0,382 qram heroin götürülmüşdür.