Sabunçu rayonu Maştağa qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
22.12.2013Dekabrın 22-si saat 23 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsinin ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Murad Muradov vurulmuşdur. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.